Bizim futbol

“Qəbələ”nin legioneri sıraya döndü

“Qəbələ” Topaz Premyer Liqasının 5-ci turunda qarşılaşacağı “Qarabağ”la səfər matçına hazırlığını davam etdirir.

Dsport.az xəbər verir ki, sentyabrın 16-da səfərdə “Sabah”la qarşılaşan (0:1) “qırmızı-qaralar” oyunun ertəsi gün bərpa məşqi keçib, ardınca buraxıldığı birgünlük istirahətdən geri dönüb. 

Dünən Bakıda bir araya gələn komanda paytaxtda hazırlıq keçir. Baş məşqçi Sənan Qurbanovun yetirmələri “Bakı” FK-nın təlim-məşq bazasında məşq edir. Bu gün baş tutan məşq günün ikinci yarısına təsadüf edib. Futbolçular toplu çalışmaları yerinə yetirib. Zədəsini sağaldan Stiven Monroz da komanda ilə birlikdə çalışıb. 

Topaz Premyer Liqasının 5-ci turunun “Qarabağ” – “Qəbələ” oyunu sentyabrın 23-də “Azərsun Arena”da keçiriləcək. Matç saat 20:30-da başlayacaq.