Bizim futbol

4-cü turun ən yaxşı oyunçusu bəlli oldu

Futbol üzrə Azərbaycan Premyer Liqasında 4-cü turun ən yaxşı futbolçusu məlum olub. 

Dsport.az xəbər verir ki, “İnStat”ın təhlilinə əsasən, bu, Azərbaycan milli komandasının və “Neftçi”nin qapıçısı Səlahət Ağayevdi. 

“Keşlə”yə qarşı keçirilən və “Neftçi”nin 2:0 hesablı qələbəsi ilə başa çatan görüşdə əla təsir bağışlayan Ağayev turun ən yüksək indeksə malik olan futbolçusudu.