Bizim futbol

“Neftçi” daha bir tərəfdaşlıq müqaviləsi imzaladı

“Neftçi” PFK-nın tərəfdaşları arasına daha bir şirkət daxil olub. 

Dsport.az xəbər verir ki, bu, "Mineral Sular” MMC-dir. Tərəflər arasında bağlanmış 1 illik müqaviləyə əsasən, "Mineral Sular” MMC bu müddət ərzində "Neftçi” PFK-nın bütün su təminatını öz üzərinə götürüb. 

Razılaşmanın şərtlərinə görə "Neftçi” və "Neftçi-2” komandalarının oyun formalarının qoluna şirkətin "Vita1000 Mineral Sular” brendinin loqosu vurulmaqla yanaşı, qarşı tərəfə digər reklam xidmətləri də göstəriləcək.

Qeyd edək ki, hər bir əməkdaşlığa çox önəm verən "Neftçi” PFK-nın əsas tərəfdaşları SOCAR və Türk Hava Yolları şirkətidi. Yeni sponsorlar axtarışını davam etdirən klub, yaxın zamanda daha bir şirkətlə tərəfdaşlıq müqaviləsi imzalayacaq.