Bizim futbol

Yüksək Liqada 2 bombardir

Futzal üzrə Yüksək Liqada 2-ci turun oyunları başa çatıb.

Dsport.az xəbər verir ki, 6 qarşılaşmada 57 qol vurub. Hazırda Hosseyin Fatihzadehlə Vitali Borisov hamıdan çox – hərəyə 4 qol vurub. Siyahını diqqətinizə çatdırırıq:

Hosseyin Fatihzadeh (Liman) - 4
Vitali Borisov (Neftçi İK) - 4
Seyid Musevi (Liman) - 3
Mehdi Pənahande (Xəzər Cənub) - 3
Vahid Seydi (Liman) - 3
Hamed Abdollahi (Neftçi İK) - 3
Hamid Rza Povrjavid (Neftçi İK) - 3

Geridə qalan turlarda meydana çıxdığı hər iki oyunda sarı vərəqə alan 3 futzalçı var. “Araz”dan Adəm Həbibov, “Yasamal” FK-dan Salar Şahnazi, “Xəzər Cənub”dan isə Omid Nabatın passivində hazırda 2 sarı vərəqə var. İlk oyunda iki sarı-qırmızı vərəqə almış və bir oyunluq cəzalandırılmış Məhəmməd Katebi, eləcə də ötən mövsümdən cəzası qalmış Xətai Bağırov növbəti turda meydana çıxa biləcəklər.