Bizim futbol

Elşad Əhmədov: “Bəlkə də bəxtimiz gətirdi”

Topaz Premyer Liqasının 4-cü turu çərçivəsində keçirilən “Sabah” – “Qəbələ” görüşündən sonra meydan sahiblərinin baş məşqçisi Elşad Əhmədov mətbuat konfransı keçirib. 

Dsport.az xəbər verir ki, 48 yaşlı mütəxəssis əvvəlcə oyun barədə fikirlərini bölüşüb:

- Qələbə qazanmaq üçün bizdə istək daha çox idi. Uşaqlara təşəkkür edirəm ki, azlıqda qalsaq da, qələbə hesabını qoruya bildilər. Bəlkə də bəxtimiz gətirdi.

- Qarşınıza hansı məqsəd qoyulub?
- Premyer Liqada qalmaq hədəfimiz dəyişməyib. Hərçənd, daha yaxşı nəticə də bizi sevindirər.

- Artıq 2-ci oyundu komandanız fasilədən sonra qapanır. Bunun səbəbi fiziki cəhətdən çatdırmamaqdı, yoxsa taktiki gedişdi?
- 21 gün fiziki hazırlığa diqqət yetirdik. Bu baxımdan problemimiz yoxdu. Sadəcə, yeni komandayıq. Azlıqda qaldıqda necə oynamalı, hesabda irəlidə olarkən hansı gedişləri etməli olduğumuzu bilmək üçün zamana ehtiyac var. (Sport24)