Bizim futbol

Sənan Qurbanov: “Ağır dönəm keçiririk”

Azərbaycan Premyer Liqasında 4-cü turun "Sabah”la səfər oyunundan sonra "Qəbələ” komandasının baş məşqçisi Sənan Qurbanov mətbuat konfransı keçirib.

Dsport.az xəbər verir ki, gənc mütəxəssis əvvəlcə oyun barədə fikirlərini bölüşüb:

- Deyiləsi bir şey yoxdu. Birqapıya oyun izlədik. Yaratdığımız imkanlardan istifadə edə bilmədik. Biz hücumlar etdik, rəqib fərqləndi. Əvvəldən də bilirdik ki, "Sabah” bu cür oynayacaq. Ağır dönəm yaşayırıq. Ardıcıl 3 oyundu qələbə üzünə həsrətik. Oyundan razı olsam da, nəticə pisdi. Vəziyyətdən çıxış yolu axtaracağıq.

- Vəziyyətdən çıxış yolu üçün ilk atılacaq addım hansıdı?
- İlk növbədə, psixoloji təzyiq altına düşməməliyik. Əsas budu ki, uşaqlar qələbəsizlikdən sarsılmasınlar.

- Artıq 25-ci dəqiqədə hakimdən narazılıq etdiniz və şifahi xəbərdarlıq aldınız…
- Ciddi iradım yoxdu. Ola bilər hansısa xırda epizodlar olsun. Bunun da təkrarına baxmaq lazımdı. (Sportnet)