Bizim futbol

Derbidə “Neftçi” sevindi, “Qəbələ” debütanta uduzdu

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 4-cü tura yekun vurulub.

Dsport.az xəbər verir ki, son oyun günündə iki görüş baş tutub.

Öncə debütant “Sabah” Masazırda “Qəbələ”ni qəbul edib. Qarşılaşmanın taleyini 1 qol həll edib. Çempionatın bombardiri Marko Deviçin vurduğu top debütanta "Qəbələ" üzərində qələbə qazandırıb.

Turun qapanış matçında isə iki paytaxt klubu - “Neftçi” və “Keşlə” üz-üzə gəlib. Paytaxt derbisinin taleyini son dəqiqələrdə vurulan iki qol həll edib. "Neftçi" inamlı qələbə sayəsində liderliyini qoruyub.

Topaz Premyer Liqası
4-cü tur

16 sentyabr

Sabah - Qəbələ 1:0
Qol: M.Deviç, 23.
Qırmızı vərəqə: M.İsayev, 76.
Hakimlər: Rauf Cabbarov, Elşən Acalov, Elşad Abdullayev, Rəvan Həmzəzadə
Masazır. “Əlincə Arena”. 19:00.

Sabah: 30. Saşa Stamenkoviç, 13. Filip İvanoviç, 5. Kərim Diniyev, 21. Novruz Məmmədov, 19. Məqsəd İsayev, 33. Eltun Turabov, 15. Erik Ramos, 7. Vitali Kvaşuk, 8. Elşən Abdullayev, 10. Cavid İmamverdiyev (k), 9. Marko Deviç.
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 6. Vadim Abdullayev, 88. Elçin Əsədov, 14. Tural Qürbətov, 3. Elvin Bədəlov, 25. Vanderson Silva, 2. Ülvi İbazadə, 11. Elgün Nəbiyev, 27. Bəxtiyar Soltanov.
Baş məşqçi: Elşad Əhmədov.
Qəbələ: 22. Dmitri Bezotosnı, 3. Voyislav Stankoviç, 4. Elvin Camalov, 10. Rauf Əliyev, 17. Ceyms Adeniyi, 18. İlqar Qurbanov, 21. Lalavele Atakora, 27. Bəhlul Mustafazadə, 33. Təmkin Xəlilzadə, 34. Ürfan Abbasov (k), 88. Sabien Lilay.
Ehtiyat oyunçular: 23. Aqil Məmmədov, 35. Murad Popov, 5. Rasim Ramaldanov, 7. Roman Hüseynov, 8. Qismət Alıyev, 11. Asif Məmmədov, 14. Cavid Hüseynov, 26. Faiq Hacıyev, 32. Amin Seydiyev, 79. Əli Sadıxov, 99. Abbas Ağazadə.
Baş məşqçi: Sənan Qurbanov.

Neftçi - Keşlə 2:0
Qollar: A.Krivotsyuk, 88. B.Dabo, 90+4.
Hakimlər: Ramil Diniyev, Knyaz Əmiraslanov, Elman Kərimov, İnqilab Məmmədov
Bakı. 8-ci km stadionu. 21:00.

Neftçi: 1. Səlahət Ağayev, 18. Tural Axundov, 10. Dario Frederiko, 25. Kiril Petrov (k), 9. Baqali Dabo, 5. Anton Krivotsyuk, 21. Məhəmməd Mirzəbəyov, 17. Rəhman Hacıyev, 93. Soni Mustivar, 6. Qoran Paratski, 11. Kvame Karikari.
Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 12. Kamran İbrahimov, 28. Slavko Braliç, 77. Elvin Sərkərov, 26. Ömər Buludov, 33. Ricat Qarayev, 4. Rəşad Eyubov, 70. Əli Şirinov, 7. Namiq Ələsgərov, 32. Mirkamil Əliyev, 37. Vüsal Əsgərov, 22. Mirabdulla Abbasov.
Baş məşqçi: Roberto Bordin.
Keşlə: 1. Kamran Ağayev (k), 33. Tərlan Quliyev, 3. Denis Silva, 93. Edvinas Girdvainis, 4. Slavik Alxasov, 65. Cabir Əmirli, 90. Ebrima Sohna, 19. Azər Salahlı, 7. Vaqif Cavadov, 14. Andre Klennon, 22. Nikola Mitroviç.
Ehtiyat oyunçular: 30. Davud Kərimi, 2. Sertan Taşkın, 66. Murad Qayalı, 88. Məmməd Quliyev, 21. Herve Tçami, 11. Bahodir Nasimov, 9. Amil Yunanov, 10. Ruslan Nəsirli, 97. Elnur Cəfərov, 17. Samir Məsimov, 18. Ruslan Əmircanov.
Baş məşqçi: Mladen Milinkoviç.

Turun digər oyunları: “Qarabağ” - “Sumqayıt” 1:0. “Səbail” - “Zirə” 1:1.