Bizim futbol

“Zirə”dən kobud səhv: Texniki məğlubiyyət veriləcək

Futbol üzrə Azərbaycan Premyer Liqasının 4-cü turu çərçivəsində keçirilən “Səbail” - “Zirə” matçı 1:1 hesabıyla başa çatdı.

Lakin dsport.az saytının əldə etdiyi məlumata görə, bu qarşılaşmanın nəticəsi ləğv olunacaq. 

Buna qonaq komandanın yaş limiti ilə bağlı oyunun protokolunda kobud səhvə yola verməsi səbəb olub. 

Belə ki, protokolda "Zirə"nin heyətində 1998-ci il təvəllüdlü futbolçu qeyd edilməyib. Bu üzdən də matçın nəticəsinin ləğv olunması, qonaqlara isə texniki məğlubiyyət verilməsi gözlənilir.

Yekun qərarı AFFA-nın İntizam Komitəsi verəcək.