Bizim futbol

“Səbail”lə “Zirə” heç-heçəyə razılaşdı

Futbol üzrə Azərbaycan Premyer Liqasında 4-cü turun oyunları keçirilir.

Dsport.az xəbər verir ki, ikinci oyun günündə də bir görüş baş tutub.

“Səbail” “Bayıl Arena”da “Zirə” ilə üz-üzə gəlib. Bu görüş zirəlilərin baş məşqçisi Samir Abasovun rəhbərliyi altında ilk oyunu idi. 

Qarşılaşmada hesabı məhz zirəlilər açıblar. Amma matçın sonlarında meydan sahibləri bərabərlik qolunu vurmağa nail olublar. Beləcə, görüş heç-heçə yekunlaşıb.

Xatırladaq ki, ilk oyun günündə “Qarabağ” doğma meydanda “Sumqayıt”a minimal hesabla qalib gəlib - 1:0.

Topaz Premyer Liqası
4-cü tur

15 sentyabr

“Səbail” - “Zirə” 1:1
Qol: R.Əmirquliyev, 84 - P.F.Azad, 68-pen.
Hakimlər: Rəşad Əhmədov, Mübariz Haşımov, Vüqar Bayramov, Əliyar Ağayev.
Bakı. “Bayıl Arena”, 20:30.

Səbail: 1. Emil Balayev, 4. Perilyo Enrike, 7. Fəhmin Muradbəyli, 8. Yevgeni Koçuk, 11. Ruslan Qurbanov, 13. Şəhriyar Rəhimov, 14. Rahid Əmirquliyev (k), 22. Edqar Paçeko, 28. Kevin Kubemba, 33. Tome Kitanovski, 99. Jarjue Maudo.
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 50. Fərhad Vəliyev, 10. Ağabala Ramazanov, 18. Aqşin Qurbanlı, 27. Emil Martinov, 21. Murtuz Abakarov, 26. Kamal Qurbanov, 17. Elçin Rəhimli, 88. Orxan Qurbanlı, 16. İqor Korotetski, 5. Vüqar Bəybalayev.
Baş məşqçi: Aftandil Hacıyev.
Zirə: 1. Anar Nəzirov (k), 5. Adil Nağıyev, 27. Adrian Skarlatake, 2. İlkin Qırtımov, 26. Miloş Radivoyeviç, 11. Dilan Duventru, 6. Vüqar Mustafayev, 3. Budaq Nəsirov, 10. Sadio Tounkara, 7. Pərdis Fərcad-Azad, 17. Vüsal İsgəndərli.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 39. Sadiq Quliyev, 16. İbrahim Aslanlı, 88. Tellur Mütəllimov, 4. Müşfiq İlyasov, 77. Mirsahib Abbasov, 8. Kamal Mirzəyev, 38. İlkin Muradov.
Baş məşqçi: Samir Abasov.

Turun qalan iki oyunu sabah keçiriləcək: “Sabah” – “Qəbələ”, “Neftçi” – “Keşlə”.