Bizim futbol

“Qarabağ” “Sumqayıt”ı tək qolla yendi

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 4-cü tura start verilib.

Dsport.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.

Fasilədən sonrakı turun açılış matçında son çempion “Qarabağ” doğma meydanda “Sumqayıt”la üz-üzə gəlib.

Ağdam təmsilçisi bu oyunda Filip Ozobiçin penaltidən vurduğu yeganə qolla 3 xal qazanıb.

Topaz Premyer Liqası
4-cü tur

14 sentyabr

Qarabağ - Sumqayıt 1:0
Qol: F.Ozobiç, 21-pen.
Qırmızı vərəqə: Y.Nəbiyev, 70.
Hakimlər: İnqilab Məmmədov, Yaşar Abbasov, Rahil Ramazanov, Orxan Məmmədov.
Bakı. “Azersun Arena”, 20:00.

Qarabağ: 13. Vaqner da Silva, 7. İnnosent Emeqara, 9. Araz Abdullayev, 14. Rəşad Sadıqov (k), 17. Abdullah Zubir, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 25. Ansi Aqolli, 30. Abbas Hüseynov, 52. Yakub Jezniçak, 91. Coşqun Diniyev.
Ehtiyat oyunçular: 1. Hannes Halldorsson, 12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 11. Mahir Mədətov, 21. Hacıağa Hacılı, 28. Con Delarj, 55. Bədavi Hüseynov.
Baş məşqçi: Qurban Qurbanov.
Sumqayıt: 1. Mehdi Cənnətov, 2. Rail Məlikov (k), 4. Şəhriyar Əliyev, 10. Aleksey İsayev, 11. Atilla Yıldırım, 14. Bəxtiyar Həsənalızadə, 21. Arif Daşdəmirov, 22. Əfran İsmayılov, 60. Elvin Məmmədov, 74. Yusif Nəbiyev, 99. Əli Babayev.
Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 7. Cavid Tağıyev, 18. Süleyman Əhmədov, 41. Turan Manafov, 44. Qvanzav Maqomedov, 70. Ülvi İsgəndərov, 77. Murad Xaçayev.
Baş məşqçi: Nazim Süleymanov.

Turun digər oyunları: 15 sentyabr (Səbail - Zirə). 16 sentyabr (Sabah - Qəbələ, Neftçi - Keşlə).