Bizim futbol

İK-nın iclası keçiriləcək: Gündəlik açıqlandı

Sentyabrın 14-də AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək. 

Dsport.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

Məlumatda bildirilir ki, iclas saat 12:30-da başlayacaq. 

Gündəliyə aşağıdakı məsələlər daxil olunub:

1. AFFA-nın Hakimlər Komitəsinin və Hakim-İnspektorlar Komitəsinin struktur dəyişikliyi
2. Lisenziyalaşdırma prosesi ilə bağlı müzakirə
3. Digər məsələlər

Saat 15:00-da AFFA-nın inzibati binasında mətbuat nümayəndələri üçün İcraiyyə Komitəsinin iclası ilə bağlı brifinq təşkil olunacaq.