Bizim futbol

U-21 millimiz Norveçə də uduzdu

Bu gün 21 yaşadək futbolçular arasında AÇ-2019-un seçmə mərhələsi çərçivəsində növbəti oyunlar keçirilib.

Dsport.az xəbər verir ki, 5-ci qrupda yer alan Azərbaycanın gənclərdən ibarət millisi də bu gün cari tsikldə 9-cu matçına çıxıb.

Rəşad Sadıqovun çalışdırdığı komandamız doğma meydanda Norveçlə üz-üzə gəlib. “Dalğa Arena”da keçirilən oyunda millimiz ilk qələbəsini qazanmağı hədəfləmişdi.

Əvvəlki 8 oyunda qələbə qazana bilməmiş U-21 yığmamız cəmi 2 matçda heç-heçə edib, qalan bütün görüşlərdə məğlubiyyətlə üzləşmişdi. Təəssüf ki, futbolçularımız Norveçlə görüşdə də məğlubiyyətlə başa çatıb.

AÇ-2019-un seçmə mərhələsi
5-ci qrup

11 sentyabr

Azərbaycan - Norveç 1:3
Qol: B.Ekincier, 56 - B.Risa, 48. M.Torsbi, 50; 76.
Hakimlər: Barbeno Luka, Françesko Lunardon, Salvatore Tuttifrutti, Mişel Skarpino (hamısı San Marino).
Bakı. “Dalğa Arena”.

Azərbaycan: 12. Kamran İbrahimov, 2. Sertan Taşqın (k), 3. Anton Krivotsyuk, 4. Eltun Turabov, 6. Hacıağa Hacıyev, 7. Fərid Nəbiyev, 8. Budaq Nəsirov, 9. Fəhmin Muradbəyli, 10. Qismət Alıyev, 11. Barış Ekincier, 20. Yusif Nəbiyev.
Ehtiyat oyunçular: 22. Aydın Bayramov, 5. Elvin Sərkərov, 13. Ziya Əzizov, 14. Ülvi İsgəndərov, 16. İsmayıl İbrahimli, 17. Ozan Can Kökçü, 18. Amin Seydiyev.
Baş məşqçi: Rəşad Sadıqov.
Norveç: 1. Sondre Rossbax, 2. Yulian Ryerson, 3. Andreas Hançe-Olsen, 5. Ulrik Yenssen, 6. Vebyorn Hoff, 8. Morten Torsbi (k), 9. Birk Risa, 10. Henrik Byordal, 16. Tobias Borkeyet, 17. Dennis Consen, 20. Erlinq Haland.
Ehtiyat oyunçular: 12. Vilyar Mihra, 4. Fredrik Knudsen, 7. Huqo Vetlesen, 11. Tobias Haynts, 14. Byorn Utvik, 18. Martin Samuelsen, 19. Vayebax Sakor.
Baş məşqçi: Leif Qunnar Smerund.

1. Almaniya - 16
2. Norveç - 14
3. İrlandiya - 14
4. Kosovo - 12
5. İsrail - 8
6. Azərbaycan - 2