Bizim futbol

Millimiz Maltadan da heç-heçə ilə dönür

Futbol üzrə UEFA Millətlər Liqasında 2-ci turun oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığması da bu gün sözügedən turnirdə növbəti matçına çıxıb.

Qurban Qurbanovun çalışdırdığı millimiz səfərdə Malta ilə qarşılaşıb.

Bir neçə gün öncə Bakıda Kosovo ilə bərabərə qalan (0:0) futbolçularımız bu oyunda ilk qələbə sevincini yaşamağı hədəfləmişdi. Malta isə ilk turda səfərdə Farer adalarına 1:3 hesabıyla uduzmuşdu.

Qarşılaşmada hesabı meydan sahibləri açıblar. Qapımıza təyin olunan penaltidən rəqib futbolçu dəqiq yararlanıb. Amma maltalıların erkən qoluna futbolçularımız vaxtında cavab verə biliblər. Qalan dəqiqələrdə isə qapılara başqa qol vurulmayınca, millimiz bu oyundan da 1 xalla ayrılmalı olub.

Bu gün millimizin yer aldığı qrupun digər matçında Kosovo evdə Farer adaları ilə qarşılaşıb. Bu oyunda isə meydan sahibləri inamlı qələbəyə seviniblər.

UEFA Millətlər Liqası
D Liqası, 3-cü qrup

10 sentyabr

Malta - Azərbaycan 1:1
Qollar: A.Aqius, 10-pen - T.Xəlilzadə, 26.
Baş hakim: Nikola Dabanoviç
Baş hakimin köməkçiləri: Milovan Cukiç, Yoviça Tatar
Dördüncü hakim: Aleksandar Cikanoviç
Əlavə köməkçi hakimlər: Milovan Milaçiç, Miloş Boşkoviç (Hamısı Çernoqoriya).
Ta Qali. Milli stadion.

Malta: 1. Endryu Hoqq, 3. Yozef Zerafa, 4. Stiv Borq, 5. Andrey Aqius, 6. Rayan Fenek, 8. Pol Fenek, 9. Maykl Mifsud (k), 10. Andre Şembri, 13. Yozef Mbonq, 14. Jan Pol Farrucia, 17. Rayan Kamilleri.
Ehtiyat oyunçular: 12. Henri Bonello, 23. Stiv Sultana, 2. Maykl Conson, 7. Stefen Pizani, 11. Rouen Muskat, 15. Xuan Korbolan, 16. Ferdinand Apap, 18. Yohan Betsina, 19. Alfred Effionq, 20. Endryu Kohen, 21. Roderik Briffa, 22. Zak Muskat.
Baş məşqçi: Raymond Farrucia.
Azərbaycan: 1. Kamran Ağayev (k), 2. Qara Qarayev, 4. Pavel Paşayev, 5. Maksim Medvedev, 7. Mahir Mədətov, 8. Emin Mahmudov, 10. Rauf Əliyev, 13. Dmitri Nazarov, 20. Riçard Almeyda, 21. Təmkin Xəlilzadə, 22. Bədavi Hüseynov.
Ehtiyat oyunçular: 12. Emil Balayev, 23. Şahruddin Məhəmmədəliyev, 3. Ürfan Abbasov, 6. Coşqun Diniyev, 9. Namiq Ələsgərov, 11. Ramil Şeydayev 14. Rahid Əmirquliyev, 15. Cavid İmamverdiyev, 16. Cavid Hüseynov, 17. Rəhman Hacıyev, 18. Məhəmməd Mirzəbəyov, 19. Rahil Məmmədov.
Baş məşqçi: Qurban Qurbanov.

Kosovo - Farer adaları 2:0
Qollar: Arber Zeneli, 50. Atdhe Nuhiu, 54.