Bizim futbol

“Səbail”in baş məşqçisi: “Təqvim bizim üçün uğursuzdu”

“Legionerlərimiz son iki həftədi bizə qoşulub. Çatışmayan cəhətimiz odu ki, komanda birlikdə çox az oynayıb. Bu gün "Qarabağ" kimi komadaya qarşı bir neçə qol epizodunu yaxaladıq. Oyundan-oyuna müsbətə doğru dəyişiklik olduğunu hiss edirəm".

Dsport.az xəbər verir ki, bunu "Səbail"in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının 2-ci turunda evdə "Qarabağ"a 0:2 hesablı məğlubiyyətdən sonra söyləyib.

O, bildirib ki, komandada zədəli oyunçuların olması istədikləri kimi çıxış etmələrinə problem yaradır: "Çempionatın əvvəlləridi. Təqvim də hələki bizim üçün uğursuzdu. Güclü komandalarla qarşılaşmışıq. Gələcəkdə daha yaxşı olacağını düşünürəm".