Bizim futbol

Orxan Sadıqlı rəsmən “Sumqayıt”da

2018/19 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçunu heyətinə cəlb edib. 

Dsport.az xəbər verir ki, son mövsümü "Keşlə"də çıxış etmiş Orxan Sadıqlı icarə əsasında bu komandada çıxış edəcək. Qolkiper “Sumqayıt”da 15 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, "Xəzər Lənkəran" və "Keşlə"nin şərəfini qorumuş Orxan Sadıqlı Azərbaycanın U-17, U-19 və U-21 millilərində çıxış edib.