Bizim futbol
Emin Mahmudov ən yaxşı futbolçu seçildi
Azərbaycan Premyer Liqasında 2018/19 mövsümünün ilk turunun ən yaxşı futbolçusu müəyyənləşib.
Dsport.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, Azərbaycan milli komandasının və "Neftçi”nin yarımmüdafiəçisi Emin Mahmudovdu.
"Sumqayıt”a qarşı oyunda komandasını kapitan kimi meydana çıxaran Mahmudov 2-ci qolun müəllifi olub. “InStat”ın təhlilinə əsasən, o, turun ən yüksək indeksə malik futbolçusudu.
Qeyd edək ki, ilk turda "Neftçi" "Sumqayıt"ı 2:0 hesabı ilə yenib.