Bizim futbol

Super Liqada ikinci dövrə start götürdü

Çimərlik futbolu üzrə Azərbaycan Super Liqasında ikinci dövrə start götürüb. 

Dsport.az xəbər verir ki, “Neftçi” 4-cü turda "Zirə” klubuna 3:6 hesabı ilə məğlub olub.

Qeyd edək ki, 4 komandanın iştirakı ilə keçirilən iki dövrəli çempionatın ilk dövrəsində "Zirə” (3:9), "Hell Energy” (3:5) və "Baku Fire” (7:4) klubları ilə qarşılaşan "Neftçi” bu gün keçiriləcək 5-ci tur matçında "Hell Energy” ilə üz-üzə gələcək. Su İdman Sarayında təşkil olunan çempionata avqustun 18-də yekun vurulacaq.