Bizim futbol

“Neftçi”nin həsrəti nə vaxt bitəcək?

“Neftçi”nin ev oyunlarını keçirdiyi 8-ci km stadionunun öt örtüyünün dəyişdirilməsi prosesi yekunlaşmaq üzrədi.

Dsport.az xəbər verir ki, bu prosesin avqustun 19-da baş tutacaq ilk ev matçınadək bitməsi nəzərdə tutulsa da, isti hava şəraiti buna imkan verməyib. Bununla belə, “Neftçi” bu mövsüm ikinci ev oyununu "Bakcell Arena”da keçirəcək. Komanda sentyabrın 16-da "Keşlə” klubunu məhz bu stadionda qəbul edəcək.

Xatırladaq ki, avqustin 19-da "Dalğa Arena”da keçiriləcək "Neftçi” – "Qəbələ” oyunu saat 18:30-da başlanacaq.