Bizim futbol

Topaz Premyer Liqasında ilk turun rəmzi komandası

“İnStat” şirkətinin təhlilinə əsasən, Topaz Premyer Liqasının ilk turunun rəmzi komandası açıqlanıb.

Dsport.az xəbər verir ki, rəmzi komandada “Qəbələ” və “Neftçi”nin futbolçuları üstünlük təşkil edir. Hər iki komanda ilk turu qələbə ilə başa vurmuşdu:

Qapıçı: Səlahət Ağayev (“Neftçi”);

Müdafiəçilər: Anton Krivotsyuk (“Neftçi”) Kərim Diniyev (“Sabah”), Azər Salahlı (“Keşlə”), İlqar Qurbanov (“Qəbələ”);

Yarımmüdafiəçilər: Təmkin Xəlilzadə, Sabien Lilay, Lalavele Atakora (hamısı “Qəbələ”), Emin Mahmudov (“Neftçi”);

Hücumçular: Ceyms Adeniyi (“Qəbələ”), Mirabdulla Abbasov (“Neftçi”).