Bizim futbol

“Şerif” - “Qarabağ” matçı 2-8 manata

Avropa Liqasının pley-off mərhələsi çərçivəsində avqustun 23-də Moldovanın “Şerif” klubu ilə Azərbaycan çempionu “Qarabağ” arasında keçiriləcək ilk oyunun biletləri satışa çıxarılıb.

Dsport.az xəbər verir ki, Tiraspolda baş tutacaq görüşə biltlərin qiyməti təxminən 2-8 manat aralığındadı.

Qeyd edək ki, “Şerif” - “Qarabağ” matçı yerli vaxtla saat 20:00-da - Bakı vaxtilə 21:00-da başlayacaq.