Bizim futbol

Azərbaycan gerilədi - UEFA reytinqində

Avropa Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunlarından sonra UEFA-nın reytinq cədvəlində dəyişiklik olub.

Dsport.az xəbər verir ki, Azərbaycan UEFA reytinqindəki mövqeyini əldən verib. Avroliqanın ötən gecə baş tutan görüşlərindən sonra İsrail xallarını 18,375-ə çatdıraraq, 24-cü pilləyə qalxıb. 18,250 xala malik Azərbaycan isə 1 pillə geriləyərək, 25-ci mövqedə qərarlaşıb.

Hazırda ölkəmizi avrokuboklarda yalnız "Qarabağ" təmsil edir. Çempionlar Liqası ilə vidalaşan “köhlən atlar” Avropa Liqasının pley-off mərhələsində Moldova "Şerif"i ilə üz-üzə gələcək.

Qeyd edək ki, Azərbaycanın hesabında olan 18.250 reytinq xalından 1.625-i (0.875 “Qarabağ”, 0,250 “Neftçi”, 0,250 “Keşlə”, 0,250 “Qəbələ”) cari mövsümdə qazanılıb.