Bizim futbol

Millimizin FİFA reytinqində yeni mövqeyi

DÇ-2018-dən sonra ilk dəfə milli komandaların reytinq siyahısı açıqlanıb.

Dsport.az xəbər verir ki, ötən dövr ərzində heç bir oyun keçirməyən Azərbaycan yığmasının mövqeyi dəyişməz qalıb. Millimiz yeni hesablama sisteminə əsasən, 1207,4 xalla 105-ci pillədədi.

Azərbaycan yığmasının Millətlər Liqasının qrup mərhələsində sentyabrın 7-də qarşılaşacağı Kosovo millisinin də mövqeyi dəyişməyib. Kosovo 1080 xalla 141-ci pillədədi.

Millətlər Liqasındakı digər rəqiblərimizin - Farer adaları və Maltanın da mövqeyi dəyişməyib. Bu komandalar müvafiq olaraq, 1268 xalla 90-cı və 928 xalla 184-ci sırada qərarlaşıblar.

DÇ-2018-in qalibi olan Fransa millisi 6 pillə irəliləyərək, 1726,41 xalla 1-ci yerə yüksəlib.

İkinci sıradakı Belçika yığmasının 1722,66 xalı var.

Braziliya isə 1656,84 xalla 3-cü sıradadı.

Liderliyi əldən verən Almaniya millisi 14 pillə geriləyib. Almanlar 1560,71 xalla 15-ci pillədədi.

Növbəti reytinq siyahısı sentyabrın 20-də açıqlanacaq.