Bizim futbol

“Neftçi” Super Liqada ilk qələbəsini qazandı

“Neftçi” çimərlik futbolu üzrə Azərbaycan Super Liqasında ilk qələbəsini qazanıb. 

Dsport.az xəbər verir ki, sözügedən komanda "Baku Fire” klubuna 7:4 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, 4 komandanın iştirakı ilə keçirilən iki dövrəli çempionatın ilk iki turunda "Zirə” (3:9) və "Hell Energy” (3:5) klublarına məğlub olan "Neftçi” bu gün keçiriləcək 4-cü tur matçında "Zirə” ilə qarşılaşacaq. 

Su İdman Sarayında təşkil olunan çempionata avqustun 18-də yekun vurulacaq.