Bizim futbol

“Neftçi” 3 əskiklə davam edir

“Neftçi” PFK Topaz Premyer Liqasının 2-ci turunda qarşılaşacağı "Qəbələ” ilə oyuna hazırlığını davam etdirir.

Dsport.az xəbər verir ki, komanda bu gün doğma məkanda növbəti məşqini edib. 

Hazırlıq prosesində zədəli Ruslan Abışov, Rəşad Eyubov və Soni Mustivardan başqa bütün futbolçular iştirak ediblər. Hazırlıq sabah da bir məşqlə davam edəcək.

Xatırladaq ki, avqustun 19-da "Dalğa Arena”da keçirəcək "Neftçi” – "Qəbələ” oyunu saat 18:30-da başlanacaq.