Bizim futbol

“Neftçi”nin Super Liqada ikinci məğlubiyyəti

“Neftçi” çimərlik futbolu üzrə Azərbaycan Super Liqasında ikinci oyununu keçirib.

Dsport.az xəbər verir ki, sözügedən komanda "Hell Energy” klubuna məğlub olub – 3:5.

Qeyd edək ki, 4 komandanın iştirakı ilə keçirilən iki dövrəli çempionatın ilk turunda "Zirə”yə uduzan (3:9) "Neftçi” bu gün keçiriləcək 3-cü tur matçında "Baku Fire” ilə qarşılaşacaq. Su İdman Sarayında təşkil olunan çempionata avqustun 18-də yekun vurulacaq.