Bizim futbol

“Zirə” - “Keşlə” matçının yeri dəyişdirildi

Topaz Premyer Liqasının 2-ci turunun “Zirə” - “Keşlə” görüşünün yeri dəyişdirilib.

Dsport.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, əvvəlcədən “Dalğa Arena”ya təyin edilən görüş “AZAL Arena”da reallaşacaq.

“Dalğa Arena”nın ot örtüyünün yüklənməsinin qarşısını almaq, milli komandaların qarşıdakı oyunlarını, “Zirə”nin müraciətini və “Keşlə”nin razılığını rəhbər tutan PFL, matçın yerinin dəyişdirilməsinə qərar verib.

Belə ki, 2-ci turun “Zirə” - “Keşlə” oyunu 18 avqust saat 20:30-da “AZAL Arena”da başlanacaq.