Bizim futbol

“Qarabağ” Azərbaycanı irəli saldı

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunları Azərbaycanın UEFA reytinqindəki mövqeyinə təsirsiz ötüşməyib.

Dsport.az xəbər verir ki, ölkəmiz bu siyahıda bir pillə irəliləyib.

Ötən gün Azərbaycanın avrokuboklardakı təmsilçilərindən “Qarabağ” növbəti oyununu keçirdi. Ağdam klubu səfərdə Belarus təmsilçisi BATE ilə heç-heçə etdi - 1:1. Bununla komandamız ölkəmizin hesabında əlavə 0.125 xal yazdırdı. Bu, həm də Azərbaycanın irəliləməsi üçün yetərli olub.

Hazırda UEFA reytinqində 55 ölkə arasında 24-cü pillədəyik. Azərbaycanın hesabında 18.250 reytinq xalı var. Onun 1.625 (0.875 “Qarabağ”, 0,250 “Neftçi”, 0,250 “Keşlə”, 0,250 “Qəbələ”) xalı cari mövsümdə qazanılıb.

Azərbaycandan 1 pillə öndə olan Şotlandiyanın 18.500 xalı var. Ölkəmizin əsas izləyicisi İsrail isə 18.125 xala malikdi.