Bizim futbol

Soni Mustivar “Qəbələ” ilə oyunu buraxa bilər

Topaz Premyer Liqasının ilk turunda “Sumqayıt”la oyunda zədələnən “Neftçi”nin yarımmüdafiəçi Soni Mustivarın da taleyinə aydınlıq gəlib.

Dsport.az xəbər verir ki, 28 yaşlı futbolçu bu gün tibbi baxışdan keçib.

Məlum olub ki, yarımmüdafiəçinin bud əzələsi dartılıb. Bir neçə gün müalicə olunacaq Mustivarın avqustun 19-da "Qəbələ”yə qarşı oynayıb-oynamayacağı sual altındadı.

Xatırladaq ki, "Sumqayıt”la görüşdə zədələnən “Neftçi”nin digər futbolçusu Rəşad Eyubov isə 10 gün müalicə olunub, fərqdi məşqlər keçəndən sonra komanda ilə məşqlərə qoşulacaq.