Bizim futbol

Yığmamızdan “Qarabağ”a dəstək

Belarusda təlim-məşq toplanışında olan 17 yaşadək qızlardan ibarət Azərbaycan yığması bu gün Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində “Borisov Arena”da keçiriləcək BATE – “Qarabağ” oyununda təmsilçimizi dəstəkləmək üçün stadionda olacaq.

Dsport.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Ağdam klubunun ilk oyunda 0:1 hesabıyla məğlub olduğu Belarus təmsilçisi ilə səfər matçı Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.