Bizim futbol

Millimiz Belarusa qalib gəldi

Belarusun Minsk şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək qızlardan ibarət Azərbaycan yığması hazırlıq çərçivəsində iki yoxlama oyunu keçirib.

Dsport.az xəbər verir ki, bu gün Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılşan yığmamız 1:0 hesabı ilə qalib gəlib. Yığmamızın heyətində Nigar Mirzəliyeva fərqlənib.

Xatırladaq ki, bu komandalar arasında avqustun 12-də keçirilmiş oyunda Belarus yığması eyni hesabla qalib gəlib.