Bizim futbol

Millimizin oyunlarının təqvimi açıqlandı

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Qazaxıstanda keçiriləcək “Prezident kuboku” turnirində iştirak edəcək.

Dsport.az xəbər verir ki, 6 komandanın mübarizə aparacağı yarışın püşkünün nəticəsinə əsasən, komandamız Qazaxıstan və Qırğızıstanın U-17 yığmaları ilə birgə B qrupunda yer alıb. 

A qrupunda isə Tacikistan və Krasnodar Akademiyasının U-17 komandası ilə yanaşı, Qazaxıstanın 16 yaşadək futbolçulardan ibarət yığması mübarizə aparacaq.

Avqustun 24-də start götürəcək turnirin ilk oyun günündə, təqvimə əsasən, Azərbaycan yığması meydana çıxmayacaq. Komandamız növbəti gün Qırğızıstan yığması ilə üz-üzə gələcək.
 
25 avqust, saat 16:00
Qırğızıstan - Azərbaycan
 
26 avqust, saat 16:00
Azərbaycan - Qazaxıstan