Bizim futbol

Yeni mövsümün ilk cəzası: 1 oyunluq diskvalifikasiya, 200 manat cərimə

AFFA-nın İntizam Komitəsinin yeni mövsüm üçün ilk iclası keçirilib.

Dsport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasının 1-ci turunun bir oyunu ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

“Sumqayıt” – “Neftçi” matçının 67-ci dəqiqəsində “Sumqayıt”ın futbolçusu Vurğun Hüseynov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Bu səbəbdən futbolçu 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub.