Bizim futbol

Nurlan Novruzov Türkiyə klubunda

“Səbail”dən ayrılan Nurlan Novruzov karyerasını Türkiyədə davam etdirəcək. 

Dsport.az xəbər verir ki, 25 yaşlı futbolçu qardaş ölkənin BAL liqasına üz tutub. Novruzov "Dərsim 62 Spor" klubu ilə müqavilə imzalayıb.

Qeyd edək ki, Nurlan Novruzov 2014/15 mövsümündə "Bakı" nın heyətində Azərbaycan çempionatının bombardiri olub.