Bizim futbol

“Qarabağ”ın qapıçısı: “Penaltilər seriyasına hazıram”

“Qarabağ” sabah Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunu çərçivəsində BATE-nin qonağı olacaq.

Dsport.az xəbər verir ki, oyundan əvvəl Ağdam klubunun islandiyalı qapıçısı Hannes Halldorson Belarus mətbuatına açıqlama verib. 34 yaşlı qolkiper BATE ilə görüş penaltilər seriyasına kimi uzansa, buna hazır olduğunu bildirib:

"Penaltilər seriyası lotereya kimidi. Həmin anda rəqib futbolçunun fikirlərini oxumaq lazımdı. DÇ-2018-də Argentina ilə görüşdə Lionel Messinin penaltisini dəf etmişdim. Həmin an karyeramın ən parlaq anlarından biridi.

Penalti zamanı təzyiq hiss etmirəm. BATE ilə oyun penaltilər seriyasına kimi davam etsə, buna hazıram".

BATE - "Qarabağ" matçı avqustun 14-də keçiriləcək və saat 21:00-da start götürəcək. Bakıdakı ilk oyunda “Qarabağ” bu rəqibə 0:1 hesabı ilə uduzub.