Bizim futbol

“Səbail” səfərdə belə uduzmamışdı

Topaz Premyer Liqasının 2018/19 mövsümündə ilk böyükhesablı nəticə qeydə alınıb.

Dsport.az xəbər verir ki, 1-ci turun ikinci oyun günündə “Qəbələ” öz meydanında “Səbail”i 3 cavabsız qolla məğlub edib. Bu nəticə “Qəbələ”nin Azərbaycan çempionatlarında 28-ci böyükhesablı qələbəsi olub. “Qırmızı-qaralar” sonuncu dəfə belə uğura 106 gün əvvəl – aprelin 28-də “Kəpəz”i 3:0 hesabı ilə üstələməklə imza atmışdı.

“Səbail” isə Premyer Liqada 2-ci, səfərdə ilk dəfə ağır məğlubiyyət alıb. Bakılılar yalnız 301 gün öncə - ötən il oktyabrın 15-də, evdə keçirdiyi matçda “Neftçi”yə 0:4 hesabı ilə uduzmuşdu.