Bizim futbol

Aftandil Hacıyev: “Bu, görmək istədiyim “Səbail” deyil”

“Səbail”in baş məşqçisi Aftandil Hacıyev Topaz Premyer Liqasının ilk turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri səfər oyununu şərh edib.

Dsport.az xəbər verir ki, o, 0:3 hesabıyla uduzduqları oyundan sonra bunları söyləyib:

“Çətin oyun olacağı gözlənilirdi. Oyunumuzu matçdan-matça yaxşılaşdırmağa çalışacağıq. Yaxşı vəziyyətlərimiz də oldu. Ancaq əlbəttə, səhvlərimiz də var və onları təhlil edəcəyik. Komandanı 2 həftədi formalaşdırmışıq. İlk matçımız "Sabah"la yoldaşlıq görüşü idi. Bu, ikinci matçımızdı. Əlbəttə, bu, görmək istədiyim "Səbail" deyil. Daha yaxşı komandanı görəcəyinizə söz verirəm”.