Bizim futbol

“Qəbələ” qələbəylə, “Keşlə” məğlubiyyətlə başladı

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2018/19 mövsümünün ilk turunun oyunları keçirilib.

Dsport.az xəbər verir ki, bu gün daha iki görüş baş tutub.

"Qəbələ" doğma meydanda "Səbail"i sınağa çəkib. Meydan sahibləri bu görüşdə 3 cavabsız qolla qalib gəliblər.

İlk turun son matçında isə Premyer Liqanın debütantı "Sabah" səfərdə "Keşlə" ilə münasibətlərinə aydınlıq gətirib. Bu qarşılaşma "Sabah"ın Azərbaycan Premyer Liqasındakı ilk oyunu idi. Elşad Əhmədovun çalışdırdığı paytaxt təmsilçisi tarixi qarşılaşmadan minimal hesabla qalib ayrılıb.

Turun daha bir oyunu - "Qarabağ" - "Zirə" matçı Ağdam təmsilçisinin Çempionlar Liqasında çıxışına görə 26 sentyabr tarixinə təxirə salınıb.

Topaz Premyer Liqası
1-ci tur

12 avqust

Qəbələ - Səbail 3:0
Qol: A.Məmmədov, 21. Ü.Abbasov, 63. C.Adeniyi, 81.
Hakimlər: Rəhim Həsənov, Nahid Əliyev, İsgəndər Əliyev, Ramil Diniyev.
Qəbələ. Şəhər stadionu, 19:00.

Qəbələ: 22. Dmitri Bezotosnı, 3. Voyislav Stankoviç, 4. Elvin Camalov, 11. Asif Məmmədov, 17. Ceyms Adeniyi, 18. İlqar Qurbanov, 21. Lalavele Atakora, 27. Bəhlul Mustafazadə, 33. Təmkin Xəlilzadə, 34. Ürfan Abbasov (k), 88. Sabien Lilay.
Ehtiyat oyunçular: 35. Murad Popov, 5. Rasim Ramaldanov, 7. Roman Hüseynov, 8. Qismət Alıyev, 10. Rauf Əliyev, 26. Faiq Hacıyev, 32. Amin Seydiyev, 99. Abbas Ağazadə, 25. Əmrah Zülfüqarlı.
Baş məşqçi: Sənan Qurbanov.
Səbail: 1. Emil Balayev, 4. Perilyo Enrike, 7. Fəhmin Muradbəyli, 11. Ruslan Qurbanov, 13. Şəhriyar Rəhimov, 14. Rahid Əmirquliyev, 16. İqor Korotetski, 22. Edqar Paçeko, 28. Kevin Koubemba, 33. Toni Kitanovski, 99. Jarjue Maudo.
Ehtiyat oyunçular: 50. Fərhad Vəliyev, 25. Elxan Əhmədov, 27. Emil Martinov, 26. Kamal Qurbanov, 21. Murtuz Abakarov, 17. Elçin Rəhimli, 18. Aqşin Qurbanlı, 5. Vüqar Bəybalayev, 88. Orxan Qurbanlı, 70. Ürfan İsmayılov.
Baş məşqçi: Aftandil Hacıyev.

Keşlə - Sabah 0:1
Qol: M.Deviç, 45+2-pen. 
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Zeynal Zeynalov, Orxan Məmmədov.
Bakı. “ASK Arena”, 21:00.

Keşlə: 1. Kamran Ağayev (k), 2. Sertan Taşkın, 3. Denis Silva, 4. Slavik Alxasov, 7. Vaqif Cavadov, 8. Miloş Bosançiç, 9. Amil Yunanov, 14. Andre Klennon, 19. Azər Salahlı, 90. Ebrima Sohna, 27. Adrian Skarlatake.
Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 11. Bahodir Nasimov, 21. Herve Tçami, 33. Tərlan Quliyev, 65. Cabir Əmirli, 66. Murad Qayalı, 88. Məmməd Quliyev, 97. Elnur Cəfərov.
Baş məşqçi: Mladen Milinkoviç.
Sabah: 30. Saşa Stamenkoviç, 5. Kərim Diniyev (k), 33. Eltun Turabov, 25. Vanderson Silva, 19. Məqsəd İsayev, 15. Erik Ramos, 6. Vadim Abdullayev, 8. Elşən Abdullayev, 7. Vitali Kvaşuk, 27. Bəxtiyar Soltanov, 9. Marko Deviç.
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 3. Elvin Bədəlov, 2. Ülvi İbazadə, 4. Tərzin Cahangirov, 14. Tural Qürbətov, 11. Elgün Nəbiyev, 39. Əlibəy Məmmədli, 88. Elçin Əsədov, 21. Novruz Məmmədov, 13. Filip İvanoviç.
Baş məşqçi: Elşad Əhmədov.

Turun digər oyunu: Sumqayıt - Neftçi 0:2.