Bizim futbol

“Səbail”də bolqarıstanlı yarımmüdafiəçi - RƏSMİ

“Səbail” heyətini yeni futbolçu ilə gücləndirib.

Dsport.az xəbər verir ki, paytaxt təmsilçisi yarımmüdafiəçi Emil Martinovu heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Tərəflər 1 illik müqaviləyə imza atıblar.

Bolqarıstanlı dayaq yarımmüdafiəçisinin son klubu Sofiya “Slaviya”sı olub. O, 2015-ci ildən bu komandanın şərəfini qoruyurdu. Məhz bu klubun yetirməsi olan 26 yaşlı futbolçu karyerası ərzində “Dorostol”, “Svetkavitsa”, “Sliven”, “Spartak” (Varna), “Oborişte”, “Türk SV Pfaffenhofen”, “Ayçax” kimi komandalarda da forma geyinib.