Bizim futbol

“Neftçi” “Sumqayıt”a qalib gəldi

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2018/19 mövsümünə start verilib.

Dsport.az xəbər verir ki, turun ilk oyun günündə meydana "Sumqayıt"la "Neftçi" çıxıb. 

Bu görüş əslində Sumqayıtda keçirilməli idi. Amma "kimyaçılar"ın stadionu təmirə bağlandığından, oyun "Dalğa Arena"ya təyin olunub.

Qarşılaşma "Neftçi"nin inamlı qələbəsiylə başa çatıb.

Turun digər iki oyunu avqustun 12-də keçiriləcək. Bu turun daha bir oyunu - "Qarabağ" - "Zirə" matçı isə Ağdam təmsilçisinin Çempionlar Liqasında çıxışına görə 26 sentyabr tarixinə təxirə salınıb.

Topaz Premyer Liqası
1-ci tur

11 avqust

Sumqayıt - Neftçi 0:2
Qol: M.Abbasov, 27. E.Mahmudov, 72.
Qırmızı vərəqə: V.Hüseynov, 66.
Hakimlər: Rauf Cabbarov, Mübariz Haşımov, Rahil Ramazanov, İnqilab Məmmədov.
Bakı. “Dalğa Arena”, 20:00.

Sumqayıt: 1. Mehdi Cənnətov, 2. Rail Məlikov, 3. Vurğun Hüseynov (k), 7. Cavid Tağıyev, 10. Aleksey İsayev, 14. Bəxtiyar Həsənalızadə, 18. Süleyman Əhmədov, 22. Əfran İsmayılov, 70. Ülvi İsgəndərov, 74. Yusif Nəbiyev, 99. Əli Babayev.
Ehtiyat oyunçular: 36. Süleyman Süleymanov, 4. Şəhriyar Əliyev, 17. Nicat Qurbanov, 21. Arif Daşdəmirov, 41. Turan Manafov, 44. Qvanzav Maqomedov, 60. Elvin Məmmədov, 77. Murad Xaçayev, 97. Xəyal Nəcəfov.
Baş məşqçi: Nazim Süleymanov.
Neftçi: 1. Səlahət Ağayev, 18. Tural Axundov, 21. Məhəmməd Mirzəbəyov, 28. Slavko Braliç, 5. Anton Krivotsyuk, 8. Emin Mahmudov (k), 4. Rəşad Eyubov, 10. Dario Frederiko, 9. Baqali Dabo, 97. Soni Mustivar, 22. Mirabdulla Abbasov.
Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 12. Kamran İbrahimov, 77. Elvin Sərkərov, 26. Ömər Buludov, 95. Rəhman Daşdəmirov, 17. Rəhman Hacıyev, 6. Qoran Paratski, 7. Namiq Ələsgərov, 37. Vüsal Əsgərov, 11. Kvame Karikari.
Baş məşqçi: Roberto Bordin.

Turun digər oyunları: 12 avqust (Qəbələ - Səbail, Keşlə - Sabah).