Bizim futbol

Birinci Divizionda 14 komanda - RƏSMİ

2018/2019 mövsümündə Azərbaycan Birinci Divizionunda mübarizə aparacaq klublar müəyyənləşib.

Dsport.az Peşəkar Futbol Liqasının saytına istinadən xəbər verir ki, turnirdə 14 komanda iştirak edəcək. Bunlar "Kəpəz”, "Qaradağ Lökbatan”, "Şüvəlan”, MOİK, "Turan Tovuz”, "Ağsu”, "Zaqatala”, "Səbail” -2, "Zirə -2", "Qarabağ -2", "Keşlə -2", "Sumqayıt - 2”, "Neftçi - 2” və "Sabah -2”di.

Qeyd edək ki, Birinci Divizonun püşatma mərasimi sabah saat 13:00-da başlayacaq.