Bizim futbol

Azərbaycan gerilədi - UEFA reytinqi

UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunlarından sonra UEFA-nın reytinq cədvəli açıqlanıb.

Dsport.az xəbər verir ki, Azərbaycanın cədvəldəki mövqeyi dəyişib. AEK-lə heç-heçə edən "Seltik" Şotlandiyanın reytinq xalını artırıb. 18,125 xalı olan britaniyalılar əlavə göstəricilərə görə 23-cü pilləyə yüksəlib və ölkəmizi geridə qoyub. 

Azərbaycan hazırda UEFA reytinqində 55 ölkə arasında 24-cü pillədədi. Ölkəmizin hesabında 18.125 reytinq xalı var. Onun 1.500 (0.750 “Qarabağ”, 0,250 “Neftçi”, 0,250 “Keşlə”, 0,250 “Qəbələ”) xalı cari mövsümdə qazanılıb.

Azərbaycandan 1 pillə geridə olan İsrailin isə 18,000 xalı var.