Bizim futbol

Meksika millisinin sabiq üzvü “Səbail”də - RƏSMİ

“Səbail” növbəti transferini həyata keçirib. 

Dsport.az xəbər verir ki, paytaxt təmsilçisi meksikalı yarımmüdafiəçi Edqar Paçekonu heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Lakin 28 yaşlı futbolçu ilə bağlanan müqavilənin müddəti açıqlanmayıb.

Karyerası əsasən ölkəsinin klubları ilə bağlı olan təcrübəli oyunçu son mövsümü Kipr “Ermis”ində keçirib. O, 2009-11-ci illərdə Meksika millisinin də şərəfini qoruyub. Yığmada 5 oyun keçirən yarımmüdafiəçi 1 qol vurub.