Bizim futbol

“Qarabağ” Delarjla neçə illik anlaşıb?

Azərbaycan çempionu “Qarabağ”ın yeni transferi Con Delarjla müqaviləsinin bəzi detalları müəyyənləşib.

Dsport.az xəbər verir ki, Ağdam klubu Türkiyə “Bursaspor”undan 200 min avroya transfer etdiyi Konqo yığmasının üzvü ilə 3 illik müqavilə bağlayıb. Xarici mətbuatın iddiasına görə, “Qarabağ” tezliklə Delarjın transferini rəsmən açıqlayacaq və onun adını UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində qarşılaşacağı Albaniya çempionu “Kukesi” ilə oyunların iştirak ərizəsinə daxil edəcək.

Qeyd edək ki, 28 yaşlı forvard 2017-ci ildən “Bursaspor”da çıxış edirdi. O, Konqo yığmasında keçirdiyi 11 oyunda 1 qola imza atıb.