Bizim futbol

Super Liqa klubu “Sumqayıt”ı biabır etdi

2018/19 futbol mövsümünə hazırlaşan "Sumqayıt" hazırlığın 2-ci mərhələsi üçün yollandığı Boluda bu gün növbəti yoxlama matçına çıxıb.

Dsport.az xəbər verir ki, Nazim Süleymanovun rəhbərlik etdiyi komanda Türkiyə Super Liqası təmsilçisi "Alanyaspor"la üz-üzə gəlib. 

Topuk Yaylası idman kompleksinin stadionunda keçirilən qarşılaşma Azərbaycan klubunun biabırçı məğlubiyyəti ilə başa çatıb. Belə ki, Super Liqa klubu sumqayıtlıları 7 cavabsız qolla məğlub edib.

Xatırladaq ki, “Sumqayıt” Türkiyədəki ilk yoxlama oyununda Qətərin “Əl-Şəhaniyə” klubu ilə 1:1 hesablı heç-heçəyə imza atmışdı.