Bizim futbol

“Qarabağ”la ilk görüşdə qol buraxmamaq çox vacibdi”

“Qarabağ”ın UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi olan Albaniya çempionu “Kukesi”nin baş məşqçisi Armando Kunqu təmsilçimizlə görüş öncəsi fikirlərini bölüşüb.

Dsport.az xəbər verir ki, o, yerli mətbuata müsahibəsində “Qarabağ”la ilk oyunda qol buraxmamağın önəmindən danışıb:

“Hələ ki, oyun üçün heyəti müəyyənləşdirməmişəm. Diqqətli olmalıyıq. Biz böyük potensialı olan komanda ilə qarşılaşacağıq. “Qarabağ” hər il avrokuboklarda iştirak edir. Onlar ötən mövsümdə Çempionlar Liqasının qrupunda yer alıb. Bu rəqiblə ilk görüşdə qol buraxmamaq çox vacibdi. Öz komandamın hazırlığından razıyam. Amma bu da kifayət deyil. Futbol maraqlı idman növüdü. Niyə biz də möcüzə etməyək?”

"Qarabağ" "Kukesi" ilə ilk oyununu iyulun 25-də səfərdə keçirəcək və görüş saat 21:00-da başlayacaq. Cavab matçı avqustun 1-də Tofiq Bəhrəmov adına Respublika stadionunda keçiriləcək.