Bizim futbol

“Bursaspor”dan “Qarabağ”a 200 minlik transfer

Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edən “Qarabağ” yeni futbolçu transfer edib. 

Dsport.az xəbər verir ki, Ağdam təmsilçisi Türkiyənin “Bursaspor” klubunun hücumçusu Con Delarjı heyətinə qatıb.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Məlumatda bildirilir ki, Ağdam klubu konqolu forvarda görə Super Liqa təmsilçisinə 200 min avro təzminat ödəyib.

28 yaşlı hücumçu 2017-ci ildən çıxış etdiyi Bursa klubunda 15 oyuna 4 qol vurub. O, Kamerunun "Union Duala", Slovakiyanın "Dunayska Streda", Çexiyanın "Slovan" (Liberets), Avstriyanın "Admira Vakker” və Türkiyənin "Osmanlıspor" klublarında da forma geyinib.