Bizim futbol

“Sabah” “Osmanlıspor”la da “sülh bağladı”

Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışını davam etdirən “Sabah” Futbol Klubu bu gün növbəti yoxlama oyununu keçirib. 

Dsport.az xəbər verir ki, rəqib qardaş ölkənin “Osmanlıspor” komandası olub. “Bolu Termal Otel”in meydançasında keçirilən görüşün 13-cü dəqiqəsində Tural Qürbətov bakılıları hesabda önə çıxarıb. Rəqib 83-cü dəqiqədə matçda tarazlığı bərpa edib - 1:1. Oyun elə bu hesabla da başa çatıb.

“Sabah” qarşılaşmaya bu heyətlə çıxıb: 30. Saşa Stamenkoviç, 4. Tərzin Cahangirov, 5. Kərim Diniyev, 6. Vadim Abdullayev, 7. Vitali Kvaşuk, 11. Elgün Nəbiyev, 14. Tural Qürbətov, 19. Məqsəd İsayev, 21. Novruz Məmmədov, 27. Bəxtiyar Soltanov, 33. Eltun Turabov.

Xatırladaq ki, “Sabah” Bolu toplanışı çərçivəsində keçirdiyi ilk oyunda “Girəsunspor”la 1:1 hesablı heç-heçə etmişdi.