Bizim futbol

Millimiz mövqeyini qorudu

Futzal üzrə milli komandaların reytinq cədvəli açıqlanıb.

Dsport.az xəbər verir ki, yeni reytinq sıralamasında elə də ciddi dəyişiklik olmayıb. 

Hesabında 1440 xal olan Azərbaycan yığması yenə 10-cu pillədə yer alıb.

İlk 10 yerdə qərarlaşan kollektivlər:

1. Braziliya - 1935
2. İspaniya - 1845
3. Portuqaliya - 1694
4. Rusiya - 1686
5. Argentina - 1667
6. İran - 1654
7. İtaliya - 1552
8. Qazaxıstan - 1534
9. Ukrayna - 1482
10. Azərbaycan - 1440