Bizim futbol

“Kukesi” - “Qarabağ”: hakim təynatarı açıqlandı

Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək “Kukesi” (Albaniya) - “Qarabağ” matçının hakimləri məlum olub.

Dsport.az xəbər verir ki, Albaniyada keçiriləcək ilk görüşü Norveçdən olan hakimlər briqadası idarə edəcək. Matça baş hakim kimi Ola Hobber Nilsen çıxacaq. Tom Harald Qronevik və Qeyr Oskar İsaksen yan xətt hakimi, Kay Erik Stin ehtiyat hakim olacaq.

Oyunun hakim-inspektoru ispaniyalı Xuan Antonio Fernandes Marin, UEFA nümayəndəsi isə şimali irlandiyalı Roy Katkart təyin olunub.

“Kukesi” - “Qarabağ” qarşılaşması iyulun 25-də keçiriləcək.