Bizim futbol

“Səbail” “İstanbulspor”a qarşı

İyulun 9-dan etibarən Türkiyənin Ankara şəhərində təlim-məşq toplanışında olan “Səbail”in daha bir rəqibi müəyyənləşib.

Dsport.az xəbər verir ki, Aftandil Hacıyevin çalışdırdığı kollektiv iyulun 22-də Ankarada “Kızılcahamam İlçe Genclik sahəsi”nin meydançasında yerli “İstanbulspor” komandası ilə yoldaşlıq oyunu keçirəcək. Oyun yerli vaxtla 17:00-da başlayacaq.

Qeyd edək ki, “Səbail” Türkiyədə keçirdiyi ilk yoxlama görüşündə yerli komanda “Gənclərbirliyi”nə 0:3 məğlub olub, ikinci oyunda Qətərin “Əl Şəhaniyə” komandası ilə heç-heçə edib (2:2), üçüncü oyunda isə “Sivasspor”a 1:2 hesabı ilə məğlub olub.